​ABŞ-ın bir neçə ştatı üzərində müəmmalı işıqlar müşahidə edilib - VİDEO

​ABŞ-ın bir neçə ştatı üzərində müəmmalı işıqlar müşahidə edilib - VİDEO Naməlum obyekt Kaliforniya, Arizona və Nevada ştatları üzərində görünüb
Maraqlı
24 Dekabr , 2015 07:37
​ABŞ-ın bir neçə ştatı üzərində müəmmalı işıqlar müşahidə edilib - VİDEO

Bakı. 24 dekabr. REPORT.AZ/ Dekabrın 23-nə keçən gecə ABŞ-ın bir neçə ştatında müəmmalı işıqlar müşahidə edilib.

"Report"un "Mediaİnfo"ya istinadən verdiyi xəbərə görə, naməlun obyekt Kaliforniya, Arizona və Nevada ştatları üzərində görünüb.

Bir qədər sonra ABŞ Silahli Qüvvələrinin strateji komandanlığının rəsmi nümayəndəsi qeyri-adi işıqların hansı səbəbdən yarandığını izah edib. O bildirib ki, işıq saçan "şarlar" bazar ertəsi səmaya buraxılan Rusiyaya məxsus "Soyuz" (təsnifatda NATO - SL-4) raket daşıyıcısının ilk pilləsinin qalıqlarıdır. Onlar Arizona ştatında atmosfer qatına daxil olublar. 

Son xəbərlər

Orphus sistemi