Yuxarı

ABŞ-ın Aydaho-Fols şəhərinə göydən onlarla ölü qaz düşüb - FOTO

ABŞ-ın Aydaho-Fols şəhərinə göydən onlarla ölü qaz düşüb - FOTO
Quşları ildırım vurduğu ehtimal olunur

Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ-ın Aydaho-Fols şəhərində yerləşən maşın dayanacaqlarından birinə göydən onlarla ölü qaz düşüb.

“Report” xəbər verir ki, yerdən 48 ağ və 3 Rossa növündən olan qaz toplanıb.

Aydaho ştatının Ovçuluq və Balıqçılıq Ehtiyatları Departamenti ehtimal edir ki, qazları qasırğa zamanı ildırım vurub. Onların Kanadaya uçduğu güman edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi