Yuxarı

ABŞ Fransa şirkətini 772 milyon dollar cərimələdi

Bu, ABŞ tarixində xarici şirkətin rüşvət haqda qanunları pozmasına görə ən böyük cərimədir

Bakı. 22 dekabr. REPORT.AZ/ Fransanın Alstom SA şirkəti İndoneziyada, Hindistanda, Çində tenderləri udmaq üçün rüşvət verməkdə günahkar bilinib və ABŞ Ədliyyə Nazirliyi ilə problem həll etmək üçün 772 milyon dollar cərimə verməlidir.

"Report" TASS agentliyinə istinadla xəbər verir ki, bu, ABŞ tarixində xarici şirkətin rüşvət haqda qanunları pozmasına görə ən böyük cərimədir.

Bazar ertəsi Britaniyada da Alstom şirkətinin 2 işçisi Britaniyanın Ağır Saxtakarlıq Ofisi tərəfindən 2002-ci ildən 2010-cu ilə kimi rəsmiləri rüşvətləələ almaqda günahkar bilindi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi