ABŞ-da timsahlar su ilə birgə donub - VİDEO

ABŞ-da timsahlar su ilə birgə donub - VİDEO Son həftələr ABŞ-ın bir sıra ştatlarında şaxtalı hava hökm sürür və qar yağır
Maraqlı
9 Yanvar , 2018 19:54
ABŞ-da timsahlar su ilə birgə donub - VİDEO

Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ-ın Şimali Karolina ştatında "Shallotte River Swamp Park" Milli Parkında alliqatorlar (timsah) su ilə birgə donublar.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, onlar yuxuya dalıblar və bilərəkdən burun və ağız hissələrini suyun üzərinə çıxarıblar.

Milli parkın nümayəndələri bildirirlər ki, temperatur yüksələn kimi, alliqatorlar oyanacaq.

Qeyd edək ki, son həftələr ABŞ-ın bir sıra ştatlarında şaxtalı hava hökm sürür və qar yağır. Havanın temperaturu -30 dərəcəyə qədər enib, donanlar var. 

Son xəbərlər

Orphus sistemi