Yuxarı

​ABŞ-da qadın 103 yaşında məktəbi bitirib

O, məktəbi 90 il əvvəl atıb

Bakı. 16 aprel. REPORT.AZ/ ABŞ-da qadın orta məktəbi 103 yaşında bitirib.

"Report" "New York Daily News"a istinadən xəbər verir ki, Viskonsin ştatının 103 yaşlı sakini Mari Hant orta məktəbi 90 il əvvəl, özündən kiçik səkkiz qardaş və bacısına baxmaq üçün atıb.

"Bunu mən həmişə etmək istəyirdim. Lakin fürsətim yox idi, amma indi, 100 il keçəndən sonra bu məndə alındı!", — deyə Hant bildirib.

Qadın diplomun təqdim edilməsi mərasiminə qara mantiya və akademik papaqda gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi