​ABŞ-da polis şübhəli şəxsi vertolyotdan atəşə tutub - VİDEO

​ABŞ-da polis şübhəli şəxsi vertolyotdan atəşə tutub - VİDEO Soyğunçu polisin "maşını saxla" əmrinə tabe olmayıb
Maraqlı
20 Sentyabr , 2015 15:36
​ABŞ-da polis şübhəli şəxsi vertolyotdan atəşə tutub - VİDEO

Bakı. 20 sentyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında soyğunçuluqda şübhəli bilinən şəxsin polis tərəfindən təqibi San-Bernardino dairə şerifi müavininin vertolyotdan onun maşınını atəşə tutması ilə başa çatıb.

"Report" xəbər verir ki, bu barədə "San Bernardino County Sun" nəşri yazıb.

Şübhəli şəxs cinayətin ertəsi günü polisin "maşını saxla" əmrinə tabe olmayıb. Təqib zamanı onun idarə etdiyi "Chevrolet Tahoe"nin sürəti saatda 160 km-ə çatıb.

Vertolyotdan açılan atəşdən sonra kişi avtomobildən çıxaraq bir neçə addım irəliləyib və yerə yıxılıb. Onun idarə etdiyi maşın hərəkət edərək qarşıdan gələn "Dodge Durango"ya çırpılıb, üç nəfər xəsarət alıb.

Şübhəli şəxsin sonrakı taleyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi