​ABŞ-da övladlarını mağarada saxlayan qadın həbs olunub

​ABŞ-da övladlarını mağarada saxlayan qadın həbs olunub Polislər uşaqları təsadüfən aşkar ediblər
Maraqlı
13 Sentyabr , 2015 11:13
​ABŞ-da övladlarını mağarada saxlayan qadın həbs olunub

Bakı. 13 sentyabr. REPORT.AZ/ ABŞ-da uşaqlarını mağarada saxlayan qadın həbs olunub.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, 24 yaşlı amerikalı 4 və 6 yaşlı oğlan uşaqlarını Kanzas-Sitinin şərqində yerləşən yeraltı mağarada ən azı bir neçə gün müddətinə tək qoyub.

Qanun keşikçiləri oğlanları təsadüfən aşkar ediblər. Həmin zaman onlar avtomobil qaçırılması ilə bağlı əraziyə baxış keçiriblərmiş.

Məlumata görə, uşaqlar yük daşımaq üçün nəzərdə tutulan taxta yeşikdə yaşayıblar. Onların yalnız bir cüt balaca ədyalı və kiçik ərzaq ehtiyatı olub.

Son xəbərlər

Orphus sistemi