ABŞ-da məşhur çoxuşaqlı ailədə 14-cü oğlan dünyaya gəlib

ABŞ-da məşhur çoxuşaqlı ailədə 14-cü oğlan dünyaya gəlib Bakı. 20 aprel. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatında 13 oğlanın olduğu məşhur ailədə daha bir oğlan dünyaya gəlib.
Maraqlı
20 Aprel , 2018 02:36
ABŞ-da məşhur çoxuşaqlı ailədə 14-cü oğlan dünyaya gəlib

Bakı. 20 aprel. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatında 13 oğlanın olduğu məşhur ailədə daha bir oğlan dünyaya gəlib.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumatda bildirilir ki, körpə Cey və Kateri Şvandt cütlüyünün planlaşdırdığından 5 gün tez dünyaya göz açıb. Ona hələ ad verilməyib.

Şvandt cütlüyü ənənələrinə uyğun olaraq, körpənin cinsiyyətini öncədən öyrənməyiblər. Ata daha əvvəl bildirib ki, o, 14-cü uşağın qız olmasını istərdi.

Kateri etiraf edib ki, o, çoxuşaqlı ailəyə öyrənib. Belə ki, onun özünün 13 bacı-qardaşı var.

Şvandt ailəsinin 13-cü uşağı 2015-ci ildə dünyaya gəlib.

Son xəbərlər

Orphus sistemi