ABŞ-da məhkəmə şimpanzeni şəxsiyyət kimi tanımaqdan imtina edib

ABŞ-da məhkəmə şimpanzeni şəxsiyyət kimi tanımaqdan imtina edib Heyvan müdafiəçiləri şimpanzenin qəfəsdə saxlanılmasının qanunsuz olmasını qəbul etməyi tələb ediblər
Maraqlı
5 Dekabr , 2014 13:03
ABŞ-da məhkəmə şimpanzeni şəxsiyyət kimi tanımaqdan imtina edib
Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ-ın Olbani şəhərində (Nyu-York ştatı) məhkəmə heyvan müdafiəçilərinin qəfəsdə saxlanılan Tommi adlı 26 yaşlı şimpanzenin şəxsiyyət kimi tanınması tələbini rədd edib. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, iddianı məhkəməyə 2013-cü ilin dekabr ayında "Heyvan hüquqlarının müdafiəsi üzrə layihə" (Nonhuman Rights Project) ictimai təşkilatı verib. Təşkilat iddia edib ki, Nyu-Yorkda fermaların birində yaşayan Tommi "əşya deyil, koqnitiv qabiliyyətə malik şəxsiyyətdir" və insanlar kimi, bütün hüquqlara, o cümlədən azadlıq hüququna malikdir. Heyvan müdafiəçiləri şimpanzenin "qaranlıq anbarda balaca nəm qəfəsdə"  saxlanılmasının qanunsuz olmasını qəbul etməyi və Tommini dərhal primatlar üçün qoruğa göndərilməsini tələb ediblər.

Lakin məhkəmə belə nəticəyə gəlib ki, şimpanze sosial və hüquqi məsuliyyət daşımadığına görə insanla eyni hüquqlara malik ola bilməz. Məhkəmə Tomminin azadlıq hüququnun olmamasına qət edib. Bu isə deməkdir ki,  meymunun sahibləri onu azadlığa buraxmaq məcburiyyətində deyil. 

Son xəbərlər

Orphus sistemi