ABŞ-da məhkəmə Trampa "Twitter"də onu tənqid edənləri bloklamağı qadağan edib

ABŞ-da məhkəmə Trampa "Twitter"də onu tənqid edənləri bloklamağı qadağan edib Bakı. 23 may. REPORT.AZ/ ABŞ-da məhkəmə prezident Donald Trampa Twitterdə onu tənqid edən abunəçiləri bloklamağı qadağan edib.
Maraqlı
23 May , 2018 22:53
ABŞ-da məhkəmə Trampa Twitterdə onu tənqid edənləri bloklamağı qadağan edib
Foto: EPA-EFE/JIM LO SCALZO

Bakı. 23 may. REPORT.AZ/ ABŞ-da məhkəmə prezident Donald Trampa "Twitter"də onu tənqid edən abunəçiləri bloklamağı qadağan edib.

"Report" xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, bununla bağlı iddia məhkəmədə hələ 2017-ci ildə Trampın blokladığı 7 nəfər tərəfindən qaldırılıb. İddiaçıların fikrincə, mikrobloq ictimai mübahisə və diskussiyalar meydanına xidmət etməlidir. Fərqli baxışlar isə istənilməyən istifadəçilər tərəfindən bloka atılmağa səbəb olmamalıdır.

İşə baxan hakim vurğulayıb ki, həmin vəzifəli şəxsin hətta ABŞ prezidenti olması da vəziyyəti dəyişmir.

Son xəbərlər

Orphus sistemi