​ABŞ-da hinduların narkoticarətlə məşğul olmasına icazə verilib

​ABŞ-da hinduların narkoticarətlə məşğul olmasına icazə verilib Hindu tayfalarına çətənə kolu əkməyə və marixuana satmağa icazə verilib
Maraqlı
12 Dekabr , 2014 12:45
​ABŞ-da hinduların narkoticarətlə məşğul olmasına icazə verilib
Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ-da hindu tayfalarına çətənə kolu əkməyə və marixuana satmağa icazə verilib.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu, həmin ştatın qanunları tərəfindən dəstəklənəcəyi halda mümkün olacaq.

Oreqon ştatının federal prokuroru Amand Marşall bildirib ki, hindu tayfaları bir neçə əyalətdə, o cümlədən Oreqon, Vaşinqton və Koloradoda "narkoticarətin qanuniləşdirilməsi" məsələsini qaldırıblar.

Yerli şərhçilər bildirib ki, həmin yerlərdə "narkoticarət çiçəklənəcək". Çünki əvvəllər oralarda qumarxanalar və bu kimi başqa əyləncəli oyunlara da icazə verilib.

Hindu tayfalarının bir çoxu narkoticarətə və onun qanuniləşdirilməsinə qarşı çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi