ABŞ-da heyvanlara qarşı allergiyası olan qadın sərnişini zorla təyyarədən endiriblər - VİDEO

ABŞ-da heyvanlara qarşı allergiyası olan qadın sərnişini zorla təyyarədən endiriblər - VİDEO Aviaşirkət hadisə ilə bağlı sərnişinlərdən üzr istəyib
Maraqlı
28 Sentyabr , 2017 06:44
ABŞ-da heyvanlara qarşı allergiyası olan qadın sərnişini zorla təyyarədən endiriblər - VİDEO

Bakı. 28 sentyabr. REPORT.AZ/ ABŞ-da itə qarşı allergiyası olan qadın sərnişini zorla təyyarədən endiriblər.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə "Southwest Airlines"ə məxsus, Baltimordan Los Ancelesə uçan təyyarədə baş verib.

Təyyarənin göyərtəsində iki it olub. Sərnişinlərdən biri bildirib ki, onda canlılara qarşı təhlükəli allergiya var, lakin o, tibbi arayış göstərə bilməyib. Ekipaj bildirib ki, bununla əlaqədar onu təyyarədən endirəcəklər.

Qadın əsəbləşməyə başlayıb və polis çağırılıb. İki polis əməkdaşı onu zorla salondan çıxarıblar.

Daha sonra aviaşirkət hadisə ilə bağlı sərnişinlərdən üzr istəyib.

Son xəbərlər

Orphus sistemi