Yuxarı
    Bağlamaq

    ​ABŞ-da ən ağır boranını yetişdirən fermer 12 min dollar mükafat alıb

    Bu yarışma ABŞ-da Hellouin bayramı  öncəsi keçirilir

    Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ-da illik müsabiqədə ən ağır boranının (balqabaq) çəkisi 893,1 kq olub.

    "Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

    Məlumata görə, boranını yetişdirən Oreqon ştatından olan fermerə 12 min dollar mükafat verilib.

    Müsabiqədə isveçrəli bostançının rekordu təzələnməyib. Ötən ilki yarışmada onun becərdiyi balqabağın çəkisi bir tondan artıq olub.

    Bu yarışma ABŞ-da "Hellouin bayramı" ("Müqəddəslər gününün ərəfəsi") öncəsi keçirilir. Müsabiqədə "ən gözəl" boranı da seçilib. Bundan başqa, rənginə, formasına və ölçüsünə görə də "qalib" balqabaqlar elan olunub.

    Xatırladaq ki, "Hellouin bayramı" hər il oktyabr ayında keçirilir. Bu İrlandiya və Şotlandiyadakı kelt tayfasının bayramıdır. Həmin gün müqəddəslərin ruhları qorunur, pis ruhları qovmaq üçün müxtəlif maskalar taxılır. Boranı da öz əcaib görünüşünə görə, həmin qorxulu ruhların qovulmasında istifadə edilən vasitələrdən sayılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi