Yuxarı

ABŞ-da əkizlər eyni zamanda 2016 və 2017-ci ildə doğulub

ABŞ-da əkizlər eyni zamanda 2016 və 2017-ci ildə doğulub
ABŞ-ın Arizona ştatında Yeni il gecəsi əkizlər 10 dəqiqəlik fərqlə dünyaya gəlib

Bakı. 3 yanvar. REPORT.AZ/ ABŞ-ın Arizona ştatında Yeni il gecəsi əkizlər 10 dəqiqəlik fərqlə dünyaya gəlib.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, adının Soyer qoyulduğu ilk oğlan 2016-cı il dekabrın 31-də saat 23:51-də doğulub.

Uşaqların atası zarafat edir ki, böyük oğlan hər zaman kiçiyə sataşa biləcək. 

İkinci uşaq - Everett saat 00:01-də, artıq 2017-ci ildə dünyaya göz açıb. 

Xəbərdə qeyd olunub ki, bənzər hadisə San-Diyeqoda baş verib, orada əkiz qızlar da 2016 və 2017-ci ildə doğulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi