ABŞ-da bu gün "qara cümə"dir

ABŞ-da bu gün "qara cümə"dir Milad bayramındək endirim mövsümünə start verilib
Maraqlı
27 Noyabr , 2015 05:58
ABŞ-da bu gün qara cümədir

Amerika Birləşmiş Ştatlarında bu gün "qara cümə"dir. "Qara cümə" Milad bayramına qədər mağazalarda endirim mövsümünün başlandığı gündür və Amerika sakinləri bu günü səbirsizliklə gözləyirlər. Çərşənbə axşamından cüməyə keçən gecə Birləşmiş Ştatlarda mağazaların önündə uzun növbələr yaranıb. Bir çox insan sərfəli bazarlıq etmək üçün Şükranlıq günü masasını tez tərk ediblər. Malları öz qiymətindən 4-5 dəfə ucuz almağa tələsən amerikalılar gecə işləyən mağazalarda əşya qoymayıblar. İlk olaraq, elektonika malları mağazaları gecə yarısı öz qapılarını "Qara cümə" alıcılarının üzünə açıblar.

Hesablamalara görə, ABŞ-da "Qara cümə" bazarlığı edəcək alıcıların sayı bu il təxminən 135 milyon nəfər təşkil edəcək.

ABŞ-da "Qara cümə" termini ötən əsrin 60-cı illərində yaranıb. Həmin vaxt əsas küçələr Milad bayramı alış-verişi edənlərlə və onların avtomobilləri ilə dolu olduğundan, sürücülər həmin günü məhz belə adlandırmışdılar.

Son xəbərlər

Orphus sistemi