ABŞ-da ayı avtomobil "oğurlayıb"

ABŞ-da ayı avtomobil "oğurlayıb" Maşın aşağıda dayanan poçt qutusuna dəyərək dayanıb
Maraqlı
8 Avqust , 2017 00:35
ABŞ-da ayı avtomobil oğurlayıb

Bakı. 8 avqust. REPORT.AZ/ Amerikanın Kolorado ştatındakı Duranqo şəhərində qəribə hadisə baş verib.

"Report" xəbər verir ki, ayı yolsuzluq avtomobilini "oğurlayıb" və qəza törədib.

Gecə vaxtı ayı həyətdə dayanan maşının içinə girib. Maşını əl əyləcindən çıxarıb. Bu zaman yoxuşda üzü aşağı dayanan maşın hərəkət etməyə başlayıb. Amma "oğru" çox uzağa gedə bilməyib. Maşın aşağıda dayanan poçt qutusuna dəyərək dayanıb.

Maşın hərəkət edərkən ayı da boş dayanmayıb. Təlaşa düşən heyvan maşının sükanını, radiosunu, arxa şüşəsini və digər hissələrini qırıb. 

Son xəbərlər

Orphus sistemi