Yuxarı

​ABŞ-da 67 il birgə ömür sürən ər və arvad eyni gündə vəfat edib

Floyd və Vaylet Hartviq cütlüyü ölüm öncəsi əl-ələ tutub

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında 67 il birgə ömür sürən ər və arvad eyni gündə dünyasını dəyişib.

"Report" xəbər verir ki, 90 və 89 yaşlarında olan Floyd və Vaylet Haptviqin ölümləri arasında beş saat fərq olub.

Övladlarının bildirdiyinə görə, onlar ölməzdən əvvəl əl-ələ tutub.

"Onlar bir yerdə getmək istəyirdilər. Bu belə də olmalı idi", - deyə Hartviqlərin qız övladı Donna Skapton bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi