Yuxarı

ABŞ-da 4 yaşlı uşaq 2 yaşlı körpə qardaşını güllələyib

ABŞ-da 4 yaşlı uşaq 2 yaşlı körpə qardaşını güllələyib

Bakı. 21 iyul. REPORT.AZ/ ABŞ-da 4 yaşlı uşaq 2 yaşlı körpəni güllələyib.

"Report" xəbər verir ki, bu barədə "ABC 13 News" telekanalı şerifə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Kaliforniya ştatında, Masko şəhərində baş verib. Belə ki, 4 yaşlı uşaq 2 yaşlı qardaşına tapançadan atəş açıb.

Onun evdəki odlu silahı hansı şəraitdə əldə etməsi məlum deyil. Hadisə ilə bağlı əlavə məlumat verilmir.

Faktla bağlı təhqiqat aparılır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi