​ABŞ-da 30 il edamını gözləyən dustaq azad olunub

​ABŞ-da 30 il edamını gözləyən dustaq azad olunub "Mən 30 il "ölümə məhkumlar kamerasında" yatmamalı idim"
Maraqlı
4 Aprel , 2015 00:58
​ABŞ-da 30 il edamını gözləyən dustaq azad olunub

Bakı. 4 aprel. REPORT.AZ/ Amerikanın Alabama ştatının həbsxanasından 30 il edam olunacağı günü gözləyən kişi azadlığa buraxılıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, 58 yaşlı Rey Hinton ikiqat qətlə görə "ölümə məhkumlar kamerası"nda həbsdə olub.

"Mən 30 il "ölümə məhkumlar kamerası"nda yatmamalı idim. Onların görməli olduğu bircə iş var idi, o da, tapançanı yoxlamaq", - deyə Hinton türmənin çıxışında bildirib.

Hinton 1985-ci ildə iki restoran menecerinin qətlində müqəssir bilinib. Cinayətin törədildiyi yerdə tapılan güllələr onun müqəssir olduğunu sübuta yetirən yeganə dəlil olub. Hintonun vəkili ballistik ekspertiza aparmaq üçün mütəxəssis tapa bilməyb.

"O, kasıb olduğu üçün məhkum edildi", - deyə "Bərabər ədalət" təşkilatının vəkili bildirib.

Son xəbərlər

Orphus sistemi