Yuxarı

​ABŞ aviaşirkəti müsəlman stüardessanı spirli içkidən imtinaya görə işdən çıxardıb

Qadının həmkarları ondan müdiriyyətə şikayət ediblər

Bakı. 6 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatların "ExpressJet" aviaşirkətində stüardessa işləyən müsəlman Çari Stenli sərnişinlərə spirtli içki aparmaqdan imtina etdiyinə görə işdən çıxardılıb.

"Report" CNN-ə istinadən xəbər verir ki, qadın işə qəbul olunan zaman göyərtədə sərnişinlərə spirtli içki apara bilməyəcəyi barədə öncədən xəbərdarlıq edib.

Məlum olub ki, stüardessadan həmkarları tərəfindən müdiriyyətə şikayət olunub.

Avqustun 25-də "ExpressJet" şirkəti öz əməkdaşına məktub ünvanlayaraq bildirib ki, o, bir il müddətinə işdən kənarlaşdırılıb və yaxşı olar ki, özünə yeni iş yeri axtarsın.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi