Yuxarı
    Bağlamaq

    Kanada təyyarəsi ​87 yaşlı sərnişinə görə məcburi eniş edib

    Qadın dava salaraq heyət üzvlərinə hücum edib

    Bakı. 12 aprel. REPORT.AZ/ Frankfurtdan Torontoya uçan Kanadaya məxsus “Boeing -777” təyyarəsi 87 yaşlı qadın sərnişinə görə məcburi eniş edib.

    “Report” xəbər verir ki, göyərtədə dava salan qadın heyət üzvlərinə hücum edib və hətta stüardlardan birini dişləməyə də macal tapıb.

    Hadisə təyyarə Atlantik okeanı üzərindən uçarkən baş verib. Dublinin 100 km-də olan hava gəmisi Şennon hava limanına enib.

    Polisin məlumatına görə, təqaüdçü ona qarşı heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb. Onun davranışlarının səbəbi açıqlanmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi