ABŞ vətəndaşı ​24 il həbsdən sonra 6,25 milyon dollar kompensasiya alıb

ABŞ vətəndaşı ​24 il həbsdən sonra 6,25 milyon dollar kompensasiya alıb O, 2014-cü ilin yazında sərbəst buraxılıb
Maraqlı
24 İyun , 2015 10:12
ABŞ vətəndaşı ​24 il həbsdən sonra 6,25 milyon dollar kompensasiya alıb

Bakı. 24 iyun. REPORT.AZ/ Başqasının törətdiyi cinayətə görə 24 il həbsdə yatmış ABŞ vətəndaşı Conatan Fleminq sakini olduğu Nyu-York şəhərindən 6,25 milyon dollar məbləğində kompensasiya alıb.

"Report" xəbər verir ki, bu haqda "New York Daily News" yazıb.

"Cənab Fleminq həyatının təxminən yarısını törətmədiyi cinayət üzündən həbsxanda keçirib. Biz onun həbsxanada itirdiyi həyatını geri qaytara bilməsək də, ədalət naminə Conatan Fleminqə yalnız kompensasiya təklif edə bilərik", - qəbul edilmiş qərarı şərh edən məmur vurğulayıb.

1989-cu ildə əsas şahid məhkəmədə qətli onun törətdiyini söyləyib. Ancaq 2013-cü ildə işə yenidən baxılıb və Conatan Fleminqin günahsız olduğu təsdiqlənib.

O, 2014-cü ilin yazında sərbəst buraxılıb. 

Son xəbərlər

Orphus sistemi