Yuxarı

2020-ci ildə Yaponiyada sürücüsüz taksilər fəaliyyət göstərəcək

Avtomatik rejimdə idarə olunan taksilər artıq 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paraolimpiya Oyunları zaman istifadə oluna bilər

Bakı. 20 may. REPORT.AZ/ Yaponiya hökuməti bu gün 2020-ci ildə sürücüsüz taksilərin istifadəyə buraxılması haqqında qərar qəbul edib. 

Bu barədə "Report" "NHK"yə istinadən xəbər verir.

Avtomatik rejimdə idarə olunan taksilər istehsalçı və idarə şirkətləri tərəfindən bəzi şərtlərinin yerinə yetirilməsi halında artıq 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paraolimpiya Oyunları zaman istifadə oluna bilər.

Hökumət qanunvericiliyə müəyyən dəyişikliklər daxil etmək və belə taksilərin sınaqdan keçirilməsini tezləşdirmək niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi