Yuxarı
    Bağlamaq

    ​102 yaşlı azarkeş komandasının oyununu izləmək üçün 30 saat yol gedib

    Otto Fişer Moskvaya yollanıb

    Bakı. 14 mart. REPORT.AZ/ Rusiyanın Kopeyska şəhərində yaşayan 102 yaşlı kişi azarkeşi olduğu "Spartak"ın oyununu izləmək üçün Moskvaya yollanıb. 

    "Report"un məlumatına görə, Otto Fişer bunun üçün təxminən 30 saat qatarla yol getməli olub.

    Fişer 1941-ci ildə Çelyabinskə sürgün edildikdən sonra orada məskunlaşıb.

    Qeyd edək ki, "Spartak" - "Dinamo" qarşılaşması martın 15-də keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi