“Zalım, pis, yaxşı” filminin məşhur aktyoru növbəti şəxsi filmini çəkir

“Zalım, pis, yaxşı” filminin məşhur aktyoru növbəti şəxsi filmini çəkir Məşhur aktyor Klint İstvud Riçard Neşin 1978-ci ildə qələmə aldığı “Kişinin göz yaşları” (“Cry Macho”-red) eyniadlı roman əsasında çəkiləcək filmdə həm rejissor kimi çıxış edəcək, həm də baş rolu oynayacaq.
Maraqlı
6 Oktyabr , 2020 03:51
“Zalım, pis, yaxşı” filminin məşhur aktyoru növbəti şəxsi filmini çəkir
Klint İstvud

Məşhur aktyor Klint İstvud Riçard Neşin 1978-ci il qələmə aldığı “Kişinin göz yaşları” (Cry Macho”-red) eyniadlı roman əsasında çəkiləcək filmdə həm rejissor kimi çıxış edəcək, həm də baş rolu oynayacaq.

"Report" xəbər verir ki, bu barədə "Deadline" bildirib.

Qeyd edilir ki, filmin istehsalı ilə "Warner Bros" studiyası məşğul olacaq. Filmin ssenarisini yazıçının qaralaması əsasında Klint İstvud ilə "Narkokuryer" və "Qran Torino" filmlərində işləmiş Nik Şenk yazıb.

Filmdə rəhbəri keçmiş rodeoya (Meksika və ABŞ-da vəhşi atları əhliləşdirən şəxs-red) oğlunu alkoqolizmdən əziyyət çəkən anadan ayıraraq evə gətirməsini tapşırır. Onlar Meksikadan Texasa kimi uzun yol qət etməlidirlər. Filmin qəhrəmanları bu yolda gözlənilməz çətinliklərlə qarşılaşırlar. Amma qocanın oğlana yaxşı insan olmaq məqsədilə nə etməyin lazım olduğunu izah etməsi üçün vaxt olacaq.

Hələlik filmin çəkilişlərinin başlanğıc tarixi haqqında informasiya yoxdur. Amma məlumdur ki, 90 yaşlı Klint İstvud artıq çəkilişlər üçün yerlər seçir. Adətən o, filmi çox tez çəkir, buna görə də filmin növbəti qışda hazır olacağı istisna edilmir.

Klint İstvud bundan əvvəl özünün çəkdiyi "Narkokuryer" (2018-ci il) filmində də baş rolu oynayıb. Qeyd edək ki, Klint İstvud daha çox "Zalım, pis, yaxşı" filmi ilə məşhur olub. O, 1966-cı ildə çəkilmiş filmdə baş rolu oynayıb.   

Son xəbərlər

Orphus sistemi