"YouTube"da şərh ilk dəfə milyon bəyənmə toplayıb

"YouTube"da şərh ilk dəfə milyon bəyənmə toplayıb YouTube tarixində ilk dəfə şərh milyondan çox bəyənmə toplayıb.
Maraqlı
14 Oktyabr , 2019 05:46

"YouTube" tarixində ilk dəfə şərh milyondan çox bəyənmə toplayıb.

"Report" xəbər verir ki, söhbət Set Avermanın Billi Aylişin "Bad guy" klipinin şərh bölümünə yazdığı rəydən gedir.

Belə ki, Everman təxminən beş ay əvvəl klipin videohostinqdəki rəy bölümündə "mən daz oğlanam (bald guy)" şərhini yazıb. Evermanın avatarında onun başının həqiqətən tüksüz olduğu görünür.

Kanalın istifadəçiləri onu orijinal şərh üçün tərifləyiblər. Qeyd edilir ki, onun bu şərhi 1 milyondan çox bəyənmə toplayıb. Bu, hostinqin tarixində ilk rekord göstəricidir. 

Son xəbərlər

Orphus sistemi