Bakı. 5 May. REPORT.AZ/ Statistik məlumata görə, Yaponiyada yaşı 65-dən yuxarı olan 34,8 milyon insan yaşayır. "Report"un məlumatına görə, əhalinin 26,7 faizini təşkil edən 65 yaşdan qoca insanların sayı ölkə tarixində rekord həddə çatıb.
Məlum olub ki, həddi-buluğa çatmayanlar Yaponiyada 1950-ci ildən etibarən ən aşağı həddə düşüb.
Bu haqda isə ölkənin İnzibati işlər və Kommunikasiyalar üzrə Nazirliyinin Uşaqlar Günü ilə bağlı yaydığı hesabatda bildirilir.
Məlumatlara görə, 127 mil nəfər əhalisi olan Yaponiyada yaşı 15-dən az olan 16 milyon nəfər yaşayır. Onların sayı 1 il ərzində daha 150 min nəfər azalıb. Bu, rekord dərəcədə aşağı göstəricidir.
Uşaqların sayının fasiləsiz azalması doğumun sayının aşağı düşməsi ilə əlaqələndirilir. Eyni zamanda Yaponiyada yaşlı insanların da sayı artır. Ölkə orta ömürlülərin sayına görə dünyada ən yüksək yerlərdən birini tutur. Bu göstərici kişilər üçün 80,5 il, qadınlar üçün - 86,83 il təşkil edir.