Xüsusi pəhriz azərbaycanlıya 70 kq arıqlamağa yardım edib

Xüsusi pəhriz azərbaycanlıya 70 kq arıqlamağa yardım edib Qoşqar Məmmədov bunu plastik cərrahiyyə və yorucu fiziki yüklənmə olmadan bacarıb
Maraqlı
5743
15 Aprel , 2017 10:53
Xüsusi pəhriz azərbaycanlıya 70 kq arıqlamağa yardım edib

Bakı. 15 aprel. REPORT.AZ/ Piylənmədən əziyyət çəkən Azərbaycan sakini altı ay ərzində 70 kq çəki atıb.

"Report" "MİR 24" telekanalına istinadən xəbər verir ki, Qoşqar Məmmədov plastik cərrahiyyə və yorucu fiziki yüklənmə olmadan bunu bacarıb.

Telekanalın məlumatına görə, 43 yaşlı Azərbaycan vətəndaşı pəhrizə başlayarkən 170 kq çəkiyə malik olub və bu səbəbdən hətta evdən bayıra çıxmağa da utanıb. Üstəlik, artıq çəkidən depressiyaya düşməsi ona az qala intihar və boşanma ilə başa gəlib.

Həmyerlimizin sözlərinə görə, o, uşaqlıqda poliomieletdən əziyyət çəkib, gəzmək və nəfəs almaqla bağlı problemləri olub.

Dərman və fiziki yüklənmələrin köməyi ilə arıqlamaq cəhdləri uğursuz olduğundan Q.Məmmədov yerli diyetoloq Leyla Zülfüqarovaya müraciət edib. Bundan iki ay sonra Qoşaqarın çəkisi 50 kq azalıb: ciddi pəhriz və gündəlik həkim qəbulunda olmaq nəticə verib.

"Gərək səhər bir stəkan su içib sonrakı 6 saat ərzində qida qəbulundan yayınasan. Sonra 1 dilim qara çörək və çəkisi 200 qr-dan artıq olmayan suda bişmiş kartof yeyəsən. Axşam isə bir stəkan qatıq içmək lazımdır. Belə ciddi pəhrizi bir ay ərzində saxlamaq lazımdır, əks təqdirdə, nəticə olmayacaq", - diyetoloq L.Zülfüqarova bildirib.

İndi Q.Məmmədov yenə də ciddi pəhrizə davam edir. Ona artıq bişmiş toyuq və yumurta yeməyə icazə verilib. İndi onun məqsədi 88 kq-dək arıqlamaqdır.

Son xəbərlər

Orphus sistemi