"Xaç atası-2", "Leon" filmlərinin məşhur aktyoru vəfat edib - FOTO

"Xaç atası-2", "Leon" filmlərinin məşhur aktyoru vəfat edib - FOTO Amerika aktyoru Denni Ayello vəfat edib.
Maraqlı
257
13 Dekabr , 2019 23:19
Xaç atası-2, Leon filmlərinin məşhur aktyoru vəfat edib - FOTO

Amerika aktyoru Denni Ayello vəfat edib.

"Report"un məlumatına görə, bu barədə "Hollywood reporter" bildirib.

Qeyd edilir ki, o, 86 yaşında dünyasını dəyişib. Nəşrin məlumatına görə, aktyor qısa sürən xəstəlikdən ölüb.

Denni Ayello 1933-cü ilin 20 iyununda Nyu-Yorkda anadan olub. O, kino karyerasına çox gec başlayıb. Aktyorun iştirakı ilə ilk film 1972-ci ildə ekranlara çıxıb. Ayellonun karyerasında məşhurlaşmasına "Bir dəfə Amerikada" ("Once Upon a Time in America", 1984) filmi səbəb olub. O, bu ekran əsərində polis rəisi rolunu oynayıb. Denni Ayello həmçinin 1987-ci ildə Vudi Allenlə "Radio günləri" filmində də rol alıb.  

Ayello daha çox Toni Rozatonun "Xaç atası - 2" filmindəki rolu ilə məşhurdur. O, həmçinin "Leon" filmində də yer alıb. 

Son xəbərlər

Orphus sistemi