"World Press Photo" 2019-cu ilin ən yaxşı fotosunu seçib

"World Press Photo" 2019-cu ilin ən yaxşı fotosunu seçib World Press Photo təşkilatı Meksika və ABŞ sərhədində ağlayan qızın fotosunu ilin ən yaxşı fotosu seçib.
Maraqlı
138
12 Aprel , 2019 05:49
World Press Photo 2019-cu ilin ən yaxşı fotosunu seçib

"World Press Photo" təşkilatı Meksika və ABŞ sərhədində ağlayan qızın fotosunu ilin ən yaxşı fotosu seçib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq müsabiqənin təşkilatçılarının Amsterdamda keçirilən təntənəli mərasiminin sonunda yayılmış press-relizdə bildirilir.

Fotoqraf Con Mur tərəfindən çəkilmiş şəkildə ABŞ-ın sərhəd xidmətinin əməkdaşının Hondurasdan olan qadın Sandra Sançesin üzərində axtarış apararkən onun azyaşlı qızının ağlaması təsvir edilib. Sançesin sözlərinə görə, o, Mərkəzi Amerika və Meksika ərazisini keçərək ABŞ-a çatmaq, sığınacaq almaq üçün bir ay vaxt itirib.

Tədbirin gedişində həmçinin müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb, onlara mükafatlar verilib.

Son xəbərlər

Orphus sistemi