"Vikipediya"nın həmtəsisçisi "Facebook" və "Twitter"ə rəqib sosial şəbəkə yaradıb

"Vikipediya"nın həmtəsisçisi "Facebook" və "Twitter"ə rəqib sosial şəbəkə yaradıb Vikipediyanın həmtəsisçisi Cimmi Ueyls Facebook və Twitterə rəqib yeni sosial şəbəkə yaradıb.
Maraqlı
15 Noyabr , 2019 08:49
Vikipediyanın həmtəsisçisi Facebook və Twitterə rəqib sosial şəbəkə yaradıb

"Vikipediya"nın həmtəsisçisi Cimmi Ueyls "Facebook" və "Twitter"ə rəqib yeni sosial şəbəkə yaradıb.

Bu barədə "Report" "Financial Times"a istinadən xəbər verir.

Ueylsin açıqlamasına görə, "WT: Social" reklamlardan azad olacaq. Layihə "Vikipediya"nın biznes-modelini təkrarlayaraq istifadəçilərin kiçik qrupunun ianələri hesabına işləyir.

Yeni sosial şəbəkə istifadəçilərə məqalələrin istinadlarını mübadilə və xəbər xəttində onları müzakirə etmək imkanı verir.

Hazırda yeni sosial şəbəkədən 50 min insan istifadə edir. Ancaq Ueyls bildirib ki, onun hədəfi istifadəçilərin sayını 500 milyona çatdırmaqdır. 

Son xəbərlər

Orphus sistemi