Venesuela prezidenti Hollivud aktyoru Stiven Siqalla birlikdə film çəkəcək

Venesuela prezidenti Hollivud aktyoru Stiven Siqalla birlikdə film çəkəcək Maduro aktyor Stiven Siqalla birlikdə film çəkilişi planları haqqında bildirib
Maraqlı
6 May , 2021 07:14
Venesuela prezidenti Hollivud aktyoru Stiven Siqalla birlikdə film çəkəcək

Venesuela prezidenti Nikolas Maduro məşhur Hollivud aktyoru Stiven Siqalla birlikdə film çəkilişi planları haqqında bildirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Venesuela lideri qeyd edib ki, Karakasda artistlə səmimi və dost görüşü keçirib.

"Biz onun gələcək kinematoqrafiya layihələri haqqında danışdıq. Filmi birlikdə çəkəcəyik - mən və Stiven Siqal. Film "Nico Maduro de tumbar" ("Niko Maduronu yıxmaq"- red) adlanır”, - görüşün nəticələri barədə danışan Maduro qeyd edib.

Xatırladaq ki, ötən gün Maduro Siqalla görüş keçirib. Aktyor Venesuela prezidentinə hədiyyə olaraq silah təqdim edib. Dövlət başçısı öz növbəsində qılıncı qəbul edib.

Son xəbərlər

Orphus sistemi