​Vəkil: "Snouden hələ evlənmək niyyətində deyil"

​Vəkil: "Snouden hələ evlənmək niyyətində deyil" "Onun evlənmək məsələsini biz hələ müzakirə etməmişik"
Maraqlı
4 Avqust , 2015 01:33
​Vəkil: Snouden hələ evlənmək niyyətində deyil

Bakı. 4 avqust. REPORT.AZ/ ABŞ xüsusi kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Edvard Snouden tezliklə evlənib-evlənməyəcəyi barədə hələ qərar qəbul etməyib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Onun vəkili Anatoli Kuçerena qeyd edib ki, müdafiə etdiyi şəxs öz rəfiqəsi Lindsey Millslə müntəzəm olaraq görüşür.

"Onun evlənmək məsələsini biz hələ müzakirə etməmişik, lakin Edvard "mənsiz toy ola bilməz" deyib"

Əlbəttə, o, belə bir qərarı qəbul edən kimi, mən onun toyuna böyük məmnuniyyətlə gələcəm" - A.Kuçerena bildirib.

Vəkil həmçinin Snoudenin valideynlərinin onu görmək üçün Rusiyaya gələcəklərini də deyib.

"Valideynləri imkan daxilində mümkün qədər tez-tez gəlirlər, lakin onlar qeyri-rəsmi səfər etdikləri üçün bu barədə ictimaiyyətə məlumat verilmir", - A.Kuçerena bildirib.

Son xəbərlər

Orphus sistemi