Vacib qərarlarını bəxtəbəxt verənlər daha xoşbəxtdirlər

Vacib qərarlarını bəxtəbəxt verənlər daha xoşbəxtdirlər Vacib qərarı püşklə müəyyənləşdirənlər çox vaxt buna əməl edir və qərardan razı qalırlar.
Maraqlı
19 May , 2020 20:58
Vacib qərarlarını bəxtəbəxt verənlər daha xoşbəxtdirlər

Vacib qərarı püşklə müəyyənləşdirənlər çox vaxt buna əməl edir və qərardan razı qalırlar.

“Report” “EurekAlert!”ə istinadən xəbər verir ki, bu barədə Çikoqo Universitetinin araşdırmasında deyilir.

Məlumata görə, məşhur “Frikonomika” kitabının müəllifi, iqtisadçı Stiven Levitt arzu edən şəxslərin həyatlarından silsilə suallara cavab verə biləcəyi sayt yaradıb. Bu suallar daha çox evlilik təklifi, yeni evə köçmə, işi atma, uşaq övladlığa götürülmə ilə bağlı dilemmalar idi.

Həmçinin istifadəçilər öz suallarını da əlavə edə bilərdilər. Bu, hipotetik vəziyyətlər deyil, insanların qarşılaşdığı gerçək problemlər idi. Saytda qərarı püşk vasitəsilə müəyyənləşdirmək olar.

Bildirilib ki, 2 ay və yarım il sonra istifadəçilərdən vacib qərarın nəticəsi soruşulub. 6 ay sonra məlum olub ki, qərarını püşkə qoyanlar digərlərindən daha aktiv fəaliyyətə keçiblər. Üstəlik, onlar özlərini daha xoşbəxt və qərarından razı hiss ediblər.  

Son xəbərlər

Orphus sistemi