Uinston Çerçilin başmaqları 54 min dollara satıldı

Uinston Çerçilin başmaqları 54 min dollara satıldı Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çerçilin (1874-1965) geydiyi məxməri başmaqları 54,2 min ABŞ dollarına satılıb
Maraqlı
10 Mart , 2021 01:02
Uinston Çerçilin başmaqları 54 min dollara satıldı

Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çerçilin (1874-1965) geydiyi məxməri başmaqları 54,2 min ABŞ dollarına satılıb.

Bu barədə “Report” “Bellmans” hərrac evinin saytına istinadən xəbər verir.

Başmaqlar tünd göy məxmərdən istehsal edilib və üzərində qızılı rəngli sapla WSC inisialları tikilib. Qeyd edilir ki, Çerçil onları ikinci dəfə hökumət başçısı olarkən tez-tez geyinirmiş.

Başmaqları Britaniya kolleksiyaçısı şəxsi kolleksiyası üçün alıb. Onun adı açıqlanmır.

Bir neçə gün bundan əvvəl isə məşhur Hollivud aktrisası Ancelina Coli Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çerçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" (“Tower of the Koutoubia Mosque”) şəkilini 11,5 milyon ABŞ dollarına (8,28 milyon funt sterlinq) satıb.

Son xəbərlər

Orphus sistemi