​Türkmənistanda ölkəyə qara maşınların gətirilməsinə qadağa qoyulub

​Türkmənistanda ölkəyə qara maşınların gətirilməsinə qadağa qoyulub Məlumat qadağa ilə rastlaşmış insanlardan əldə olunub
Maraqlı
168
29 Yanvar , 2015 03:30
​Türkmənistanda ölkəyə qara maşınların gətirilməsinə qadağa qoyulub

Bakı. 29 yanvar. REPORT.AZ/ Türkmənistan hakimiyyəti ölkəyə qara rəngli avtomobillərin gətirilməsinə qadağa tətbiq edib. Bundan əlavə, Aşqabadda qara maşınların texniki baxışdan keçirilməsi də müvəqqəti olaraq dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə "Xronika Turkmenistana" nəşrinin məlumatında bildirilir.

Məlumat qadağa ilə rastlaşmış insanlardan əldə olunub. Yanvarın ortalarından gömrükçülərin qara maşınları rəsmiləşdirməkdən imtina etmələri ilə bağlı üç fakt qeydə alınıb. Bu barədə xaricdən Türkmənistana maşın gətirməklə məşğul olan sahibkarlar danışıblar.

Son xəbərlər

Orphus sistemi