Türkiyədə Van gölünün dibindən Urartu dövlətinə aid qala aşkar edilib - FOTO

Türkiyədə Van gölünün dibindən Urartu dövlətinə aid qala aşkar edilib - FOTO O, 3 min əvvəl inşa olunub
Maraqlı
13 Noyabr , 2017 07:17
Türkiyədə Van gölünün dibindən Urartu dövlətinə aid qala aşkar edilib - FOTO

Bakı. 13 noyabr. REPORT.AZ/ Türkiyənin Van gölünün dibindən 3 min il əvvəl inşa olunmuş qalanın xarabalıqları tapılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, qədim qala son yüzilliklər ərzində gölün səviyyəsinin 150 metr qalxması səbəbindən su altında qalıb.

Qala Urartu dövlətinin zamanında tikilib. On metrdən artıq dərinlikdə aşkar olunan qalanın ərazisi 1 kvadrat kilometr təşkil edir.

Sualtı tədqiqatlar zamanı həmçinin daş şir heykəli də tapılıb.

Son xəbərlər

Orphus sistemi