Türkiyədə tapılan rus generalın nəşinin aqibəti məlum olub

Türkiyədə tapılan rus generalın nəşinin aqibəti məlum olub Əslən polşalı olduğundan o məhz Polşaya, ailə üzvləininə təhvil veriləcək
Maraqlı
26 Noyabr , 2017 00:59
Türkiyədə tapılan rus generalın nəşinin aqibəti məlum olub
gazeta.ru

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyənin Ərdəhan vilayətində tapılan rus ordusu generalının nəşi Polşaya göndəriləcək.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turim naziri Numan Kurtuluş deyib.

Nazirin sözlərinə görə, 139 il əvvəl öldüyü bildirilən rusiyalı general əslən polşalı olduğundan o, məhz Polşaya, ailə üzvlərinə təhvil veriləcək.

“Biz nəşi Polşaya təhvil vermək məsələsi ilə bağlı yazışmalar aparmışıq, cavablar da gəlib. Generalın rus ordusuna aid olması rusları da yaxından maraqlandırır. Lakin polşalıların tələbi belədir ki, nəş onun aid olduğu yerə, yəni Polşaya aparılaraq orda dəfn edilsin. Ola bilsin, orada hər hansı bir xatirə abidəsi də inşa edilsin",- deyə nazir bildirib.

Son xəbərlər

Orphus sistemi