“Türkiyə Hava Yolları”na məxsus təyyarə quş dəstəsinə çırpılıb

“Türkiyə Hava Yolları”na məxsus təyyarə quş dəstəsinə çırpılıb Toqquşma nəticəsində təyyarənin ayrı-ayrı hissələrinə zərər dəyib
Maraqlı
6 May , 2015 01:55
“Türkiyə Hava Yolları”na məxsus təyyarə quş dəstəsinə çırpılıb

Bakı. 6 May. REPORT.AZ/ İstanbul-Nevşehir reysini həyata keçirən "Türkiyə Hava Yolları"na məxsus "Boinq-738" tipli təyyarə quş dəstəsinə çırpılıb. Bu barədə "Report" "Hurriyet" qəzetinə istinadən xəbər yayıb.

Hadisə təyyarənin yerə enməyə hazırlaşdığı vaxt baş verib. Toqquşma nəticəsində təyyarənin ayrı-ayrı hissələrinə zərər dəyib.

Təyyarə təhlükəsiz şəkildə yerə enməyə müvəffəq olub. Sərnişinlərdən heç kimə zərər dəyməyib.

Son xəbərlər

Orphus sistemi