Texasda çəkisi 2 tondan ağır “Snickers” hazırlanıb - VİDEO

Texasda çəkisi 2 tondan ağır “Snickers” hazırlanıb - VİDEO ABŞ-ın Texas ştatının Uyeko şəhərində “Mars” şirkətinə məxsus fabrikdə uzunluğu 3,5 metrdən və çəkisi 2 tondan çox olan “Snickers” şokoladı hazırlanıb.
Maraqlı
208
18 Yanvar , 2020 12:49
Texasda çəkisi 2 tondan ağır “Snickers” hazırlanıb  - VİDEO

ABŞ-ın Texas ştatının Uyeko şəhərində “Mars” şirkətinə məxsus fabrikdə uzunluğu 3,5 metrdən və çəkisi 2 tondan çox olan “Snickers” şokoladı hazırlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ölçüsünə görə bu “çubuq” Mağazaların rəflərində olan adi “Snickers”dən 43 dəfə böyükdür.

Onun hazırlanması üçün 1,6 ton şokolad və təxminən, 500 kq karamel, fıstıq və noqa istifadə olunub.

CNN-in məlumatına görə, artıq nəhəng “Snickers”in Ginnesin Rekordlar Kitabına daxil edilməsi barədə qərar qəbul olunub.

Ancaq nəhəng “çubuq” satılmır. Bu “Snickers”in xırda-xırda hissələrə bölünərək ölkə daxilində “Mars” şirkətinin işçilərinə paylanacağı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi