Tatarıstanda qadın ad və soyadını dəyişərək “Rusiya Prezidenti” kimi qeydə alınıb

Tatarıstanda qadın ad və soyadını dəyişərək “Rusiya Prezidenti” kimi qeydə alınıb Tatarıstanın Zelenodolsk sakini İrina Kalimullina pasportunda soyadını “Prezident”, adını isə "Rusiya" kimi dəyişdirib
Maraqlı
650
22 Fevral , 2021 07:44
Tatarıstanda qadın ad və soyadını dəyişərək “Rusiya Prezidenti” kimi qeydə alınıb

Tatarıstanın Zelenodolsk sakini İrina Kalimullina pasportunda soyadını “Prezident”, adını isə "Rusiya" kimi dəyişdirib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, onun atasının adı "Viktorovna" kimi qalıb. Rusiyanın yeni məlumatlarının olduğu pasport qadına 2020-ci ilin yayında verilib.

“Rusiya Prezidenti” adlanan qadının 39 yaşı var. O, valideynləri ilə birlikdə yaşayır. “Rusiya”nın anası ideyanı bəyənməyib və qıza əvvəlki adı qaytarmağı xahiş edib.

Qonşuların sözlərinə görə, “Rusiya” zərərli vərdişlərə qurşanıb: o, daim binanın blokunda siqaret çəkir. Qadın həmçinin Nijnevartovsk-Moskva qatarında papiros çəkdiyinə görə cərimə də edilib.

Son xəbərlər

Orphus sistemi