Tatarıstan prezidenti öz mikrobloqunda Bakıda çəkdiyi şəkilləri yerləşdirib

Tatarıstan prezidenti öz mikrobloqunda Bakıda çəkdiyi şəkilləri yerləşdirib Qeyd edək ki, Rüstəm Minnixanov Azərbaycanda işgüzar səfərdədir
Maraqlı
14 Aprel , 2015 21:08
Tatarıstan prezidenti öz mikrobloqunda  Bakıda çəkdiyi şəkilləri yerləşdirib

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov özünün İnstagram səhifəsində Bakının görməli yerlərində çəkdiyi şəkilləri yerləşdirib.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, prezident Rüstəm Minnixanov sosial şəbəkədəki səhifəsində Azərbaycanın tatar icması ilə görüşündən görüntülər, “Alov Qüllələri”nin, “Panorama” əyləncə çarxının, Dövlət Bayrağı Meydanının, Dənizkənarı Milli Parkın fotoşəkillərini yerləşdirib. Bakının görüntüləri, eləcə də Azərbaycanda yaşayan tatarlarla çəkilmiş şəkillər Prezident səhifəsinin abunəçiləri tərəfindən maraqla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi