Tailandda nəsli kəsilməkdə olan pələnglər aşkarlandı

Tailandda nəsli kəsilməkdə olan pələnglər aşkarlandı Tailandın qərb hissəsində dörd il ərzində ilk dəfə nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş pələnglər qeydə alınıb.
Maraqlı
7 Avqust , 2020 02:37
Tailandda nəsli kəsilməkdə olan pələnglər aşkarlandı
0 : 00
0 : 00

Tailandın qərb hissəsində dörd il ərzində ilk dəfə nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş pələnglər qeydə alınıb.

Bu barədə “Report” “Lonely Planet”ə istinadən xəbər verir.

Tailandın Vəhşi Təbiət Departamenti və Vəhşi Pişiklərin Mühafizəsi Təşkilat bildirib ki, onlar Hind-Çin pələnglərinin fotolarını qeydə alıblar.

Keçən əsr bu növün sayı təxminən yüz min idi, indi onların sayı cəmi 3 900-dür.

Amma onlar aşkarlandıqları ərazidə çox azdırlar, mütəxəssislər bu heyvanların dəqiq sayını müəyyənləşdirməlidirlər. Pələnglərin görünməsi ekosistemin bərpa olunduğunu göstərir, bu vəhşi təbiətin bütün nümayəndələri üçün yaxşıdır.

Ekspertlər ümid edirlər ki, Tailandda pələnglərin əvvəlki sayı bərpa olacaq.

Son xəbərlər

Orphus sistemi