Arnold Şvarsenegger ona edilmiş hücumdan danışıb

Arnold Şvarsenegger ona edilmiş hücumdan danışıb Tanınmış aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarsenegger Cənubi Afrikadakı idman tədbiri zamanı ona qarşı hücumu şərh edib.
Maraqlı
18 May , 2019 21:44
Arnold Şvarsenegger ona edilmiş hücumdan danışıb

Tanınmış aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarsenegger Cənubi Afrikadakı idman tədbiri zamanı ona qarşı hücumu şərh edib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Narahatlığınıza görə sizə təşəkkür edirəm, amma həyəcanlanmağa heç nə yoxdur. Mən düşünürdüm ki, sadəcə camaat məni itələyir, belə hallar tez-tez olur. Videogörüntüyə baxanda anladım ki, sizin hamınız kimi məni də vurdular. Şadam ki, bu yaramaz mənim "Snapchat"dakı yayımımı kəsmədi", - deyə o "Twitter" səhifəsində yazıb.

Daha əvvəl naməlum şəxs Cənubi Afrika Respublikasında bodibildinq üzrə keçirilən "Arnold Klassik" yarışında ayaqları ilə aktyorun kürəyinə zərbə endirib. Şvarsenegger aldığı zərbədən yıxılıb.

Hücumçu mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi