Stiven Spilberqin qızı həbs edildi - FOTO

Stiven Spilberqin qızı həbs edildi - FOTO Məşhur rejissor Stiven Spilberqin qızı Mikaela məişət zorakılığı ilə əlaqədar həbs edilib.
Maraqlı
1 Mart , 2020 06:21
Stiven Spilberqin qızı həbs edildi - FOTO

Məşhur rejissor Stiven Spilberqin qızı Mikaela məişət zorakılığı ilə əlaqədar həbs edilib.

Bu barədə “Report” “Fox News”a istinadən xəbər verir.

KİV-in məlumatına görə, 23 yaşlı Mikaela Spilberq şənbə günü səhər Tennesi ştatının Neşvill şəhərində həbs olunub. Qızın tutulmasını onun 47 yaşlı adaxlısı Çak Pankov da təsdiqləyib.

"Bu doğrudur", - Pankov deyib. O qeyd edib ki, hadisə "anlaşılmazlıq" üzündən baş verib və heç kim zərər çəkməyib.

Bu halda o, hadisənin təfərrüatını açıqlamayıb. Pankovun sözlərinə görə, Spilberqin qızı yaxşıdır.

Deyvidson dairəsinin polisi də həmçinin təsdiq edib ki, Mikayela məişət zorakılığı ittihamı üzrə həbs edilib. 

Son xəbərlər

Orphus sistemi