​Şəkiyə noxud iriliyində dolu yağıb - FOTO

​Şəkiyə noxud iriliyində dolu yağıb - FOTO Yağan dolu təsərrüfata ziyan vurmayıb
Maraqlı
6 Mart , 2016 14:25
​Şəkiyə noxud iriliyində dolu yağıb - FOTO

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Şəki rayonuna dolu yağıb.

"Report" xəbər verir ki, göy gurultusu və şimşək çaxması ilə müşahidə olunan dolu, əsasən şəhər ərazisinə yağıb.

Təqribən iki dəfə fasilə ilə düyü və noxud iriliyində yağan dolu təsərrüfata ziyan vurmayıb.

Şəki Regional Hidrometeorologiya Müəssisəsinin Hidrometeorologiya şöbəsinin rəisi Qüdrət Eminov "Report"a bildirib ki, yaz fəslinə xas olan dolu yağması, əsasən mart ayında görünən hadisədir. Səhərdən etibarən qeyri-sabit keçən hava şəraiti nəticəsinə saat 12:28-dən 12:35-dək düyü iriliyində, ikinci dəfə saat 12:43-dən 12:49-dək noxud iriliyində cəmi 13 dəqiqə müddətində dolu yağıb.

Şöbə müdiri onu da əlavə edib ki, respublikanın şimal-qərb bölgəsində sulu qar və qar yağacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi