Şahzadə Hari və həyat yoldaşı Hollivudda karyera qurublar

Şahzadə Hari və həyat yoldaşı Hollivudda karyera qurublar Britaniya şahzadəsi Hari və xanımı, amerikalı aktrisa Meqan Markl prodüsser şirkəti yaradıblar və sənədli, bədii filmlərin, həmçinin uşaqlar üçün prodakşnlar,proqramlar yaratmaq üçün “Netflix”lə xidməti müqavilə bağlayıblar.
Maraqlı
1380
3 Sentyabr , 2020 04:55
Şahzadə Hari və həyat yoldaşı Hollivudda karyera qurublar
Hari və Meqan Markl
0 : 00
0 : 00

Britaniya şahzadəsi Hari və xanımı, amerikalı aktrisa Meqan Markl prodüser şirkəti yaradıblar və sənədli, bədii filmlərin, həmçinin uşaqlar üçün prodakşnlar, proqramlar yaratmaq üçün “Netflix”lə xidməti müqavilə bağlayıblar.

“Report” xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Hari və Meqan “Netflix”in eksklüziv sənədli filmlərində yer alacaqlar.

"Biz hədsiz fəxr edirik ki, onlar “Neftlix”i yaradıcılıq meydanı seçiblər və dünyada dayanıqlılığı yüksəltməyə, qarşılıqlı anlaşmanı yaxşılaşdırmağa kömək edə bilən tarixi birlikdə danışmağa şadıq ", - “Netflix”in top meneceri Ted Sarandos razılaşmasını şərh edib. Harrinin və Meqan qonorarının məbləği açıqlanmır.

Son xəbərlər

Orphus sistemi