Rusiyada dustaq qeyri-adi üsulla müəssisədən qaçıb

Rusiyada dustaq qeyri-adi üsulla müəssisədən qaçıb Rusiyanın Krasnoyarsk diyarında yerləşən 42 saylı islahedici müəssisədə saxlanılan dustaq qaçıb.
Maraqlı
287
21 Yanvar , 2020 12:52
Rusiyada dustaq qeyri-adi üsulla müəssisədən qaçıb

Rusiyanın Krasnoyarsk diyarında yerləşən 42 saylı islahedici müəssisədə saxlanılan dustaq qaçıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, nəzarətin olmamasından istifadə edən dustaq yatağına mulyaj qoyaraq qaçmağı bacarıb. 

Lakin adı açıqlanmayan dustaq niyyətini tam həyata keçirə bilməyib. O, müəssisədən qaçsa da elə həmin gün İlanskaya stansiyasında saxlanılıb. Onun barəsində yeni cinayət işi açılıb.

Qeyd edək ki, dustağın hansı cinayətə görə həbs olunduğu haqqında məlumat verilməyib. Onun islah müəssisəsindən nə vaxt qaçdığı da bəlli deyil.

Alparslan Öztürk

Son xəbərlər

Orphus sistemi