Rumıniyada turistlər üçün "Buz otel" istifadəyə verilib

Rumıniyada turistlər üçün "Buz otel" istifadəyə verilib Buxarest. 11 fevral. REPORT.AZ/ Rumıniyanın Sibiu regionunda yerləşən Balea gölü üzərindəki buzdan inşa edilmiş otel turistlərin ixtiyarına verilib.
Maraqlı
11 Fevral , 2018 02:55
Rumıniyada turistlər üçün Buz otel istifadəyə verilib

Buxarest. 11 fevral. REPORT.AZ/ Rumıniyanın Sibiu regionunda yerləşən Balea gölü üzərindəki buzdan inşa edilmiş otel turistlərin ixtiyarına verilib.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, otelin rəsmi açılış mərasimində Kanada, Bolqarıstan və Moldovanın Rumıniyadakı səfirləri iştirak edib.

"Buz otel"də 16 otaq, eləcə dünya şöhrətli musiqiçilər Madonna, Maykl Cekson, Elvis Preslinin buzdan hazırlanmış abidələri mövcuddur. Oteldə gecələmək istəyən turistlər 100, onun ərazini gəzmək istəyənlər isə təqribən 5 avro ödəməli olacaqlar.

Hər tərəfdən Karpat dağları ilə əhatə olunan otel dəniz səviyyəsindən 2 min metr yüsəklikdə yerləşir. Bura uzunluğu 3700 metr olan kanat yolu vasitəsiylə gəlmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi