​Roma Papası sosial şəbəkədə ilk selfisini yerləşdirib

​Roma Papası sosial şəbəkədə ilk selfisini yerləşdirib Bir neçə saat ərzində şəkil on minədək insan tərəfindən bəyənilib
Maraqlı
14 Dekabr , 2015 20:51
​Roma Papası sosial şəbəkədə ilk selfisini yerləşdirib

Bakı. 14 dekabr. REPORT.AZ/ Roma Papası Fransisk növbəti dəfə ictimaiyyəti öz səmimiliyi və müasir internet tendensiyalarına marağı ilə təəccübləndirib.

"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, dekabrın 14-də Vatikanın rəsmi "İnstagram" səhifəsində Roma Papasının şəxsən çəkdiyi ilk selfisi yerləşdirilib.

Üzündəki ifadədən onun həyatsevər insan olduğu görünür. Bir neçə saat ərzində şəkil on minədək insan tərəfindən bəyənilib və maraqlı şərhlərə səbəb olub.

Roma Papasını həmçinin islahatçı da adlandırırlar. Çünki o, kilsəni sadə insanlara daha da yaxın etmək niyyətindədir. O, artıq bir neçə dəfə keşişləri daha sadə həyat tərzi sürməyə və kasıblara yardım etməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi